Türkiyə prezidenti Ərdoğan bölgədə gedən hadisələrə və ölkəsində baş verən terror hadisələrinə sakit qalmayacaqlarını növbəti dəfə bəyan edib.
Mia.az xəbər verir ki, bir neçə dəqiqə əvvəl canlı yayımda çıxış edən Ərdoğan Türkiyənin sərhədləri daxilində və xaricində baş verən hadisələri cavabsız buraxmayacaqlarını deyib:
"Bu, Türkiyənin məşhur müdafiə haqqıdır. Kimsə bizdən sakit duracağımızı, YPG, PKK, Əsəd və bu qüvvələri himayə edənlərin hərəkətlərinə dözəcəyimizi gözləməsin. Türkiyənin müdafiə haqqını kimsə əngəlləyə bilməz. Gərəkən ən sərt adddımlar atılacaq. Ürəyimizi ağrıdan terrorla bizi yolumuzdan döndərə bilməyəcvəklər. Acımızı ürəyimzdə daşıyacağıq. Ancaq bunları cavabsız da buraxmayacağıq. Hər kəs ən sərt cavabını alacaqdır".
Mia.az xəbər verir ki, Ərdoğan dolayısı ilə Rusiya, Avropa və ABŞ-a da meydan oxuyub, onların Türkiyəni dayandırmaq gücündə olmadığını da bəyan edib. Eyni zamanda, bu ölkələrdən terrorla Türkiyə arasında seçim etmələrini tələb edib.