Gəncənin Kəpəz Rayon Polis Şöbəsinə yeni rəis təyin olunub.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Azər Abbasəli oğlu Tağıyev Gəncə Şəhər Baş Polis İdarəsi Kəpəz Rayon Polis Şöbəsinin rəisi təyin edilib.

Xatırladaq ki, Azər Tağıyev indiyədək Salyan Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.

Kəpəz Rayon Polis Şöbəsinin sabiq rəisi Ağahüseyn Məmmədov bir müddət əvvəl yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Kəpəztv.az