Elmar Məmmədyarov iran xarici izlər nazirinin müavinini qəbul edib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İran İslam Respublikası xarici işlər nazirinin müavini Mehdi Səfərini qəbul edib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, görüşdə tərəflər İran ilə Azərbaycan arasında münasibətlərin cari vəziyyəti, mövcud və perspektiv layihələr ətrafında fikir mübadiləsi aparıb, ölkələrimiz arasında bütün sahələrdə və istiqamətlərdə mövcud sıx əməkdaşlıq məsələlərinə toxunaraq, bu əməkdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyinin müsbət hal olduğunu vurğulayıblar.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparılıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08