Elmar Məmmədyarov iraqın Azərbaycandakı səfirini fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov İraq Respublikasının Azərbaycan Respublikasındakı səfiri Ərşad Ömər İsmayılı fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüş zamanı səfir Ə.Ö.İsmayıl Azərbaycanda İraq Respublikasının səfiri olmasından məmnun olduğunu bildirib. İşlədiyi dövrdə ölkələr arasındakı iqtisadiyyat, təhsil, mədəniyyət, humanitar və digər sahələrdə ikitərəfli münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini söyləyən səfir bu istiqamətdə XİN ilə faydalı əməkdaşlığını qeyd etmişdir. Azərbaycandan xoş xatirələrlə ayrıldığını vurğulayan səfir fəaliyyəti zaman göstərilən dəstək və diqqətə görə minnətdarlığını bildirib.
Öz növbəsində nazir E.Məmmədyarov səfir Ə.Ö.İsmayıla xoş arzularını bildirmiş və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08