"Bu gün bir nəfər deyə bilməz ki, kiminsə xahişi, tapşırığı ilə SOCAR-a işə götürülüb”.

Mia.az APA-ya istinadən xəbər verir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev gənc neftçilərlə görüşü zamanı bildirib.

R.Abdullayev bildirib ki, SOCAR-ın İnsan Resursları Departamentinin işi yüksək səviyyədə təşkil olunub.

"Şəxsən öz adımdan da arxayınlıqla deyə bilərəm ki, belə neqativ hallar mövcud deyil”, - deyə, SOCAR prezidenti bildirib.