Azad Rəhimov iordaniya Hazimilər Krallığının Gənclərlə iz üzrə Ali Şurasının Baz Katibliyinin nümayəndə heyətini qəbul edib
Bu gün gənclər və idman naziri Azad Rəhimov İordaniya Haşimilər Krallığının
Gənclərlə iş üzrə Ali Şurasının Baş Katibliyinin rəsmi nümayəndə heyətini qəbul
edib.
Nümayəndə heyətinin tərkibində Dr.Sari Hamdan (Cənab)- İordaniya Haşimilər
Krallığının Gənclərlə iş üzrə Ali Şurasının Baş katibi, Milli Olimpiya Komitəsinin
Vitse-prezidenti, nümayəndə heyətinin rəhbəri, Cənab Abdurrəhman Armuti-Gənclər
hərəkətinin təşviqi üzrə Milli Fondun baş direktoru, Cənab Arif İshakat-Beynəlxalq
təşkilatlar bölməsinin rəisi və Xanım Narin Haj Tass-Milli Olimpiya Komitəsinin
nümayəndəsi var idi.
Qonaqları salamlayan nazir Azərbaycan və İordaniya hökumətləri arasında olan sıx
münasibətlərdən, Azərbaycan respublikasının prezidenti cənab İlham Əliyevin
İordaniyaya rəsmi səfəri zamanı İordaniya Kralı II Abdulla ilə dostluq
münasibətləri, hər iki ölkənin birinci xanımlarının müxtəlif nüfuzlu layihələri
haqda söz açdı. Azad Rəhimov eyni zamanda ?Azərbaycan Respublikası Hökuməti və
İordaniya Haşimilər Krallığı Hökuməti arasında 2010-2011-2012-ci illər üçün elm və
təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media
sahələri üzrə İcraedici Əməkdaşlıq Proqramı? çərçivəsində görülən işləri də diqqətə
çatdırıb, bu layihənin önəmini vurğuladı. Nazir öz növbəsində hər iki ölkənin
gənclərinin İslam ölkələrinin gənclər forumu layihəsi çərçivəsində tez-tez görüşüb,
sıx əlaqədə olduqlarını da bildirdi.
Nümayəndə heyətinin rəhbəri İordaniya Haşimilər Krallığının Gənclərlə iş üzrə
Ali Şurasının Baş katibi, Milli Olimpiya Komitəsinin Vitse-prezidenti Dr. Sari
Hamdan qonaqpərvərlik üçün öz təşəkkürünü bildirib, Azərbaycan və İordaniya
hökumətləri arasında münasibətlərin daha da möhkəmlənməsinin önəmindən danışdı.
Qonaq qeyd etdi ki, bu gün İordaniyada əhalisinin 70%-ni gənclər təşkil edir ki,
hökumət onların daha da inkişaf edib, beynəlxalq layihələrdə iştiraklarının təmin
olunması məqsədi ilə daim gəncləri dəstəkləyir. Qonaq gənclər və idman sahəsində
artıq real əməkdaşlığın önəmindən söz açaraq, hər iki ölkənin gənclər
təşkilatlarının rəhbərlərinin görüşərək gələcək layihələri birgə müzakirə etmələri,
İordaniya idmançılarının Azərbaycanda təlim məşq toplantılarına qatılması
təkliflərini irəli sürdü.
Görüş əsnasında ?Azərbaycan Respublikası Hökuməti və İordaniya Haşimilər Krallığı
Hökuməti arasında 2010-2011-2012-ci illər üçün elm və təhsil, mədəniyyət və
incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələri üzrə İcraedici
Əməkdaşlıq Proqramı? çərçivəsində gənclər və idman sahəsində ayrı-ayrılıqda
ikitərəfli sazişin imzalanması mövzusunu da müzakirə etdilər.
Qeyd edək ki, qonaqlar ölkəmizdə 14 mart tarixinədək qalacaqlar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08