Vergilər Nazirliyində daha bir kadr dəyişikliyi baş verib.

Rəhim Əfəndiyev nazirliyin Maliyyə-təsərrüfat idarəsinin rəisi təyin edilib. Bu təyinata qədər R. Əfəndiyev vergilər nazirinin müşaviri olub.
Qeyd edək ki, bu vəzifəni əvvəllər Məhəmməd Balaqadaşov icra edib. M. Balaqadaşov maliyyə-təsərrüfat idarəsinin rəis müavini təyin edilib.

Nazirlikdə kadr dəyişikliyi bununla da yekunlaşmayıb. İlqar İsmayıl oğlu Əhmədov Vergilər Nazirliyi Daxili təhlükəsizlik baş idarəsinin rəisi təyin edilib. Buna qədər İ. Əhmədov Vergi auditi və operativ nəzarət baş idarəsinin rəisi olub. Bu vəzifə isə Toğrul Quliyevə tapşırılıb.