Azərbaycan hökumətinin - Nazirlər Kabinetinin 2009-cu ilin yekunlarına dair hesabatı Milli Məclisə daxil olub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə millət vəkillərindən biri məlumat verib. Deputatın sözlərinə görə, hesabat Milli Məclisin üzvlərinə bu gündən etibarən paylanılmağa başlayacaq. Məlumat üçün bildirək ku, Nazirlər Kabinetinin hesabatı martın 16-da parlamentin plenar iclasında müzakirəyə çıxarılacaq.