Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yeni aparat rəhbəri təyin olunub.

Bu, yeni nazir Ramin Quluzadənin yaxını Əli Abdullayevdir.

Faktı Mia.az-a adıçəkilən nazirliyin mətbuat xidmətindən təsdiq ediblər. 

Yeni aparat rəhbəri 2001-2006-cı illərdə Əmlak Məsələləri Dövlət Komitəsində Hüquq şöbəsinin müdiri, 2007-ci ildən Hərracların Təşkili üzrə Auksion Mərkəzinin baş direktoru vəzifələrində işləyib.

Mia.az