Milli Məclis ABŞ Konqresinə etiraz bəyanatı qəbul etdi
Azərbaycan Respublikasının Milli Məclisi bu gün qondarma ?erməni soyqırımı? layihəsinin ABŞ Konqresi Nümayəndələr Palatasının xarici əlaqələr komitəsindən keçməsini pisləyən etiraz müraciəti qəbul edib.
Milli Məclisin iclasında komitə sədri Səməd Seyidov müraciəti deputatların diqqətinə çatdırıb.
Müraciətdə bildirilir ki, Azərbaycan parlamenti bu layihənin qəbul olunmasını təəssüf və hiddət hissilə qarşılayır. Qeyd olunur ki, "tarixdə heç bir erməni soyqırımı olmayıb, bu, Qərb tarixçiləri tərəfindən də sübut olunub, əslində məsələ xəstə təfəkkürün məhsulu olaraq ortaya atılıb". Həmçinin, qəbul olunan layihənin regionda sülh və sabitliyin qorunmasına xidmət etmədiyi qeyd olunub.
Sənəddə layihənin ABŞ Konqresi tərəfindən qəbul olunmayacağına, rədd ediləcəyinə əminlik ifadə olunub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08