Prezident İlham Əliyev bu gün Avropa Xalq Partiyasının prezidenti Vilfred Martinsi qəbul edib. Görüşdə Avropa Xalq Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub. Danışıqlarda həmçinin ölkəmizin Avropaya inteqrasiyası məsələləri ətrafında fikir mübadiləsi aparılıb.