Əli Əhmədov Avropa Xalqları Partiyasının prezidentini qəbul edib
Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov martın 2?də Avropa Xalqları Partiyasının prezidenti Vilfred Martinsin rəhbərlik etdiyi nümayəndə heyətini partiyanın mənzil qərargahında qəbul edib.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə iki partiya arasında birgə əməkdaşlığın gələcəkdə inkişaf perspektivi və Yeni Azərbaycan Partiyasının Avropa Xalqları Partiyasına müşahidəçi üzv qismində qəbul olunması haqqında söhbət açılmış, qarşılıqlı maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Görüşdə Avropa Xalqları Partiyasının Xarici Əlaqələr departamentinin rəhbəri Nikolas Briki, partiyanın Prezident kabinetinin rəhbəri xanım İngrid Qesensi, YAP İcra katibinin müavini Mübariz Qurbanlı və Milli Məclisin deputatı Asəf Hacıyev iştirak edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51