Deputat Nizami Cəfərov Türkiyəyə səfərə gedib
Milli Məclisin mədəniyyət komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərov Türkiyəyə səfərə gedib. Bu barədə Müstəqil İnformasiya Agentliyini Milli Məclisin mətbuat xidmətindən məlumat daxil olub.
Verilən məlimata görə, səfər çərçivəsində o, Türkiyə Böyük Millət Məclisinin deputatları ilə görüşəcək, görkəmli ictimai xadim, dünya şöhrətli alim İhsan Doğramacının dəfn mərasimində iştirak edəcək.
Komitə sədri türkiyəli həmkarları ilə görüşdə iki qardaş ölkə arasında parlamentlərarası münasibətlərin daha da dərinləşməsi və digər məsələlər barədə fikir mübadiləsi aparacaqdır.
Səfər fevralın 28-də başa çatacaqdır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51