Sabah Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi və Avropa Komissiyası vitse-prezidenti adından, Avropa İttifaqına növbəti sədrlik edən dövlətin ? İspaniyanın xarici işlər və əməkdaşlıq naziri Migel Angel Moratinosun Azərbaycana səfəri nəzərdə tutulub. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, iki gün davam edəcək səfər proqramı çərçivəsində Migel Angel Moratinos sabah ilk olaraq azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşəcək. Görüşdən sonra mətbuat nümayəndələri üçün birgə mətbuat konfransının keçirilməsi planlaşdırılır.