ABŞ-da müdafiə, hava və kosmos sənayesi sahəsində öndə gedən şirkətlər Konqresdə qondarma erməni soyqırımı qətnaməsinin müzakirəsi ilə bağlı xəbərdarlıq ediblər. "Lockheed Martın", "Boeing", "Raytheon", "United Technologies" və "Northrop Grunman" şirkətlərinin rəhbərləri 26 fevral tarixində ABŞ Nümayəndələr Palatasının Xarici Münasibərlər Komitəsinin sədri Hovard Berman ortaq məktub göndiblər. Məktubda bildirilib ki, bu qanunun komitədən keçməsi Türkiyə-Amerika əlaqələrində çat yaradacaq və amerikalıların fəaliyyətlərini riskə atacaq. "Önəmli bir NATO tərəfdaşı və ticarət ortağını küsdürmək, ABŞ-ın geosiyasi mənfəətlərinə, ixracata, həmçinin iş sahələrini artırma səylərinə mənfi təsir edəcək", deyə məktubda bildirilir. Həmçinin qeyd edilib ki, Amerika müdafiə və kosmos sənayesi Türkiyəyə keçən il cəmi 7 milyard dolları dəyərində mal ixrac edib və şirkətlər bu il də "eyni möhkəm vəziyyəti" davam etdirməyi planlaşdırırlar. Qeyd edək ki, sabah qondarma erməni soyqırımının tanınmasını tələb edən qanun layihəsi ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Münasibətlər Komitəsində müzakirəyə çıxarılacaq.