Fevralın 26-da saat 11.03-də, azyaşlı naməlum şəxs FHN-in "112" Xidmətinə zəng edərək, "Burada bomba var, mən erməniyəm" deyərək telefonu söndürüb. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat daxil olub. Məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülüb. Dərhal əməliyyat tədbirləri həyata keçirilmiş, məlumat təsdiqini tapmayıb. DİN Baş Cinayət Axtarış İdarəsi və Gəncə ŞPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxsin Yeni Gəncə qəsəbəsində yaşayan azyaşlı M.U. olması müəyyən edilərək saxlanılıb. O, yalan məlumat verməsini etiraf edib. Araşdırmalar aparılır.