Fevralın 25-də Avropa Şurasının (AŞ) iqamətgahında Azərbaycan qurumun ?İnsan alverinə qarşı fəaliyyət haqqında konvensiya?ya dair sənədini imzalayıb. Konvensiyanı Azərbaycan Respublikası adından ölkəmizin AŞ yanındakı daimi nümayəndəsi səfir Arif Məmmədov, AŞ adından isə təşkilatın baş katibinin müavini xanım Mod de Bur-Bukikkio imzalayıblar. Baş katibin müavini Azərbaycanın bu təşəbbüsünü yüksək qiymətləndirmiş, bu addımı ölkəmizin AŞ dəyərlərinə bağlılığı kimi səciyyələndirərək konvensiyanın qısa zamanda ratifikasiya ediləcəyinə ümidvar olduğunu bildirib. Qeyd edək ki, Azərbaycan AŞ-yə üzv ölkələr arasında bu konvensiyanı imzalayan 43-cü dövlətdir.