Bu gün Ermənistanın silahlı birləşmələri Ağdam istiqamətində atəşkəsi pozub və nəticədə bir nəfər mülki azərbaycanlı yaralanıb. Müstəqi İnformasiya Agentliyinin yerli əməkdaşının verdiyi məlumata görə, ermənilər bu gün saat 11:30 radələrində Ağdamın işğal altındakı Şıxlar kəndində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz mövqelərini atəşə tutublar. Nəticəsində bir mülki şəxs 1972-ci il təvəllüdlü, Ağdam sakini Asif Quliyev qolundan və qarnından yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ilə bağlı məlumat yoxdur.