Ombudsman vəzifəsinə namizədlər məsələsi Milli Məclisin plenar iclasında müzakirə olunacaq
Milli Məclisin insan hüquqları komitəsi ombudsman vəzifəsinə namizədlərin siyahısını təsdiqləyib. Məsələ komitənin fevralın 25-də keçirilən iclasında müzakirə olunub. Komitənin sədri Rəbiyyət Aslanova deyib ki, prezident İlham Əliyev konstitusiyanın 109-cu maddəsinin 14-cü bəndinə uyğun olaraq ombudsmanın seçilməsi üçün üç namizədin siyahısını Milli Məclisə göndərib.
Komitə sədri bildirib ki, namizədlər hazırkı ombudsman Elmira Süleymanova, Ədliyyə Nazirliyinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Azərbaycandakı təmsilçisi Teymur Məlikaslanovdur.
İclasda iştirak edən namizədlər çıxış ediblər. Onlar ombudsman seçiləcəkləri halda Azərbaycanda insan hüquqlarının qorunmasına xüsusi diqqət yetirəcəklərini söyləyiblər.
Sonda komitə prezidentin göndərdiyi namizədlər siyahısının Milli Məclisin plenar iclasında müzakirə olunmasını tövsiyə edib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08