Azərbaycanda içməli suyun keyfiyyətində ciddi problemlər var
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin müayinələri nəticəsində müəyyən edilib ki, sağlamlaşdırıcı tədbirlərə baxmayaraq, içməli suyun keyfiyyətində və paylayıcı şəbəkənin işində ciddi nöqsanlar var. Bu barədə Səhiyyə Nazirliyi Sanitariya-epidemioloji nəzarət sektorunun müdiri Viktor Qasımov bildirib.
V.Qasımovun sözlərinə görə, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin müayinələri edib ki, 45 şəhər və rayonda əhaliyə verilən içməli su nümunələrinin 33%-i kimyəvi, 42%-i isə bakterioloji göstəricilərə görə normativ tələblərə cavab verməyib. Nəticədə, içməli suyun təmizlənməsi və zərərsizləşdirilməsi zamanı texnoloji prosesin pozulması ilə əlaqədar 7 nəfər rəhbər işçi cərimə olunub. Nazirlik rəsmisi qeyd edib ki, əhalinin ekoloji təmiz su ilə təminatı kəskin bağırsaq infeksiyalarının qarşısının alınmasında vacib şərtdir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08