Fevralın 25-də Kiyevdə Ukraynanın yeni seçilmiş Prezidenti Viktor Yanukoviçin andiçmə mərasimi keçiriləcək. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, andiçmə mərasimində Azərbaycanı Baş nazir Artur Rasizadə təmsil edəcək. Qeyd edək ki, Bolqarıstan, Türkiyə, Rumıniya, Macarıstan, Litva, Polşa və Latviya prezidentləri inauqurasiya mərasimində iştirak edəcəklər.