ilham Əliyev Qarabağ müharibəsi əlilləri və zəhid ailələrinə ev verdi
Bu gün Bakının Lökbatan qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün tikilmiş binanın açılışı, həmçinin müharibə əlillərinə verilən minik avtomobillərinin təqdimatı olub. Təqdimatda prezident İlham Əliyev də iştirak edib. Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov dövlət başçısına bildirib ki, binada 81 mənzil var. Onlardan 72-si 2 otaqlı, 9-u 3 otaqlıdır. Binada əlillərin hərəkəti və rahat yaşaması üçün hər cür şərait yaradılıb.
Bundan sonra prezident Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə mənzillərin orderlərini təqdim edib. Daha sonra dövlət başçısı İkinci Dünya və Qarabağ müharibələrinin əlillərinə minik avtomobillərinin açarlarını verib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08