Spikerlə deputat iranda Azərbaycan bayrağının təhqir olunmasından danızdılar
Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev bir müddət öncə İranda Azərbaycan bayrağının təhqir olunması məsələsinə diqqət çəkib. Nüstəqil İnformasiya Agentliyinin xəbərinə görə, deputat qeyd edib ki, İranda Azərbaycan bayrağının yerı atılmasını Azərbaycan-İsrail əlaqələrinin isti olması ilə əsaslandırırlar.
Q.Həsənquliyev Azərbaycanın hansı dövlətlə isti münasibət qurmasının ölkəmizin daxili işi olduğunu vurğulayıb. Onun sözlərinə görə, İran ölkəmizin ərazisini işğal etmiş Ermənistanla elə yaxın münasibətə malikdir ki, bu, Azərbaycan-İsrail əlaqələrini kölgədə qoyub.
Bundan əlavə, deputat təklif edib ki, İranda Azərbaycan bayrağının yerə atılması faktı Milli Məclis rəhbərliyi səviyyəsində pislənilməlidir.
Spiker Oqtay Əsədov deputatın qaldırdığı məsələyə münasibət bildirib. Spiker deyib ki, İran Azərbaycanla böyük sərhəddə malik olan qonşu dövlətdir və onunla münasibətlərdə diqqətli olmaq lazımdır. Milli Məclis Sədrinin sözlərinə görə, İran-Azərbaycan məsələlərinə populizm və dövlətçilik prizmasından yanaşmalar var. O, qonşu dövlətlə münasibətlərə dövlətçilik prizmasından yanaşmağın və İranla əlaqələri yaxşılaşdırmağa çalışmağın tərəfdarı olduğunu vurğulayıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51