Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini, icra katibi Əli Əhmədov ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun Azərbaycan üzrə direktoru Ceyk Consla partiyanın mənzil qərargahında görüş keçirib. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, görüşdə fəaliyyətə başladığı gündən bu tarixədək BRİ ilə YAP arasındakı əməkdaşlıq, birgə layihələrin uğurlu nəticələri barədə geniş fikir mübadiləsi aparılıb. Hər iki tərəf qarşılıqlı əməkdaşlıqdan məmnun olduğunu bildirib və gələcəkdə də əlaqələrin davam etdirilməsinin zəruriliyi vurğulayıblar.