Musa Quliyev: ?Ermənistan Qərbi Azərbaycandan qovulanlara təzminat ödəməlidir?
Milli Məclisin yaz sessiyasının bugünkü iclasında çıxış edən deputat Musa Quliyev Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində doğma yurd-yuvalarını tərk edən azərbaycanlıların məsələsindən danışıb.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, deputat bildirib ki, 1948 və 1953-cü illərdə Ermənistandan azərbaycanlıların deportasiya olunmasına hüquqi-siyasi qiymət verilməlidir. M.Quliyevin sözlərinə görə, 1948-53-cü illərdə Qərbi Azərbaycandan qaçqın düşən soydaşlarımıza repressiya qurbanları statusu verilməlidir.
Deputat onu da qeyd edib ki, Milli Məclis bu məsələyə baxmalı və beynəlxalq məhkəmə qarşısında Ermənistanın 1948-53-cü illərdə Qərbi Azərbaycandan qovulan soydaşlarımıza təzminat ödəməsi məsələ qaldırılmalıdır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51