Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının 2010-cu ilin aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında fərman imzalayıb. Prezidentin fərmanına əsasən, 1992-ci ildə doğulmuş və çağırış günü üçün 18 yaşı tamam olmuş, habelə 1975-1991-ci illərdə doğulmuş, yaşı 35-dək olan, respublikanın silahlı qüvvələrində və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrdə hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan vətəndaşlar 2010-cu ilin aprelin 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılır. Hərbi xidmət haqqında qanununda nəzərdə tutulmuş xidmət müddətini keçmiş əsgər, matros və çavuşlar isə 2010-cu ilin aprelin 1-dən 30-dək ehtiyata buraxılacaq.