?Dağlıq Qarabağın azərbaycanlı icması münaqişənin tezliklə həll olunmasını istəyir. Münaqişənin həlli istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti tam dəstəkliyirik?. Bu sözləri ?Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması? İctimai Birliyinin sədri Bayram Səfərov deyib. B.Səfərov bildirib ki, biz tezliklə torpaqlarımıza qayıtmaq istəyirik. Ona görə də, münaqişənin həlli ilə məşğul olan Minsk qrupunun həmsədrləri işğalçı Ermənistana təzyiqlər göstərməlidirlər. ?Azərbaycanlılarla ermənilər bir-birinə qonşudur. Taleyimiz belə gətiribsə, bundan sonra da, onlarla qonşu olacayıq. Qarabağda yaşayan ermənilər Azərbaycanın tərkibində yaşamaq istəyirlər. Təbii ki, Azərbaycanın tərkibində yaşamaq istəyən ermənilər ölkəmizin qanunlarına tabe olmalıdırlar? deyə B.Səfərov bildirib.