14-15 fevral tarixlərində ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstan Respublikasının xarici işlər naziri Kanat Saudabayevin Azərbaycan Respublikasına işgüzar səfəri nəzərdə tutulub. Bu barədə Müstəqil İnformasiya Agentliyinə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, səfər proqramı çərçivəsində Kanat Saudabayev dövlət və hökumət nümayəndələri ilə görüşəcək. Görüşlərdə Ermənistan ? Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həlli məsələləri əsas müzakirə predmeti olacaq.