Hökumət mart ayında Milli Məclisdə hesabat verəcək. Milli Məclisdən verilən məlumata görə, qanunvericiliyə əsasən yaz sessiyasının beşinci iclasında Nazirlər Kabinetinin hesabatı təqdim olunacaq. Hesabatda hökumət üzvləri 2009-cu ilin yekunları ilə bağlı məlumat verəcək, millət vəkillərinin suallarını cavablandıracaqlar.