Bu gün Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Böyük Britaniyanın Azərbaycandakı səfirinin müavini xanım Ketrin Klivlə görüşüb. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə ölkədəki ictimai-siyasi durum, insan haqları və demokratiyanın vəziyyəti haqqında fikir mübadiləsi aparılıb. Eyni zamanda görüşdə bu il keçiriləcək parlament seçkiləri və digər məsələlər müzakirə olunub.