ADP sədri Britaniya səfirinin ikinci katibini qəbul edib
Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu partiyanın mərkəzi qərargahında Böyük Britaniya Birləşmiş Krallığının ölkəmizdəki səfirliyinin ikinci katibi xanım Katrin Klevi qəbul edib.
Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, görüşdə parlament seçkiləri öncəsi ictimai-siyasi vəziyyət, insan hüquqları, partiyanın ölkədə baş verən siyasi hadisələrə münasibəti və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüş qarşılıqlı anlaşma şəraitində keçib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51