Bu gün də AŞ PA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Debona Qrex Mərkəzi Seçki Komissiyasında sədr Məzahir Pənahovla görüşüblər. Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliying vkrilən məlumata görə, qonaqları salamlayan sədr bildirib ki, Mərkəzi Seçki Komissiyası bir sıra beynəlxalq qurumlarla, o cümlədən Avropa Şurası ilə əməkdaşlıqda maraqlıdır və bu səmərəli əməkdaşlıq ölkəmizdə seçki prosesinin daha da təkmilləşdirilməsində əhəmiyyətli rol oynayır. Həmməruzəçilərə 23 dekabr 2009-cu ildə keçirilmiş bələdiyyə seçkilərinin yekunları, vahid seçicilər siyahısının dəqiqləşdirilməsi ilə bağlı görülən işlər barədə məlumat verilib. Görüşdə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası ilə Avropa Şurası arasında gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.