Nəqliyyat Nazirliyi Ağsu-Qaraməryəm yolundan istifadə etməklə bağlı sürücülərə müraciət edib
Dünən gecə saatlarında Muğanlı-İsmayıllı avtomagistralının 2-ci km-də torpaq sürüşməsi nəticəsində yol tamamilə yararsız hala düşdüyündən Nəqliyyat Nazirliyi sürücülərə müraciət edib.
Nəqliyyat Nazirliyi İsmayıllı, Şəki və Oğuz rayonları istiqamətində hərəkət edən sürücülərdən alternativ Ağsu-Qaraməryəm yolundan istifadə etməyi xahiş edib.
Qeyd edək ki, Muğanlı-İsmayıllı avtomagistralının 2-ci km-də təxminən 150 metr uzunluqda asfalt sürüşərək dərəyə tərəf axıb. Nəticədə dərinliyi 2-4 metrə çatan yarğan əmələ gəlib.
Nəqliyyat Nazirliyindən verilən məlumata görə, hadisə yerinə gecə saatlarında qurum rəhbərliyi də baş çəkib.
ANS-in Göyçay bürosunun verdiyi məlumata görə, səhər saatlarında qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində işlərə başlanıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08