Qəza vaxtı vaqonlarda və tunellərdə 12 minə yaxın sərnizin olub
?Elektrik enerjisinin kəsilməsilə əlaqədar metroda qatarların hərəkətində fasilə yaranması Bakı metropoliteninə ziyan vurmayıb?. Bunu metropolitenin rəisi Tağı Əhmədov bildirib. O bildirib ki, hazırda qatarlar əvvəlki qaydada normal qrafiklə işləyir.
Metropoliten rəisi qəza vaxtı vaqonlarda və tunellərdə 12 minə yaxın sərnişinin olduğunu qeyd edib. ?12 min sərnişindən bir neçəsinin vəziyyətinin pisləşməsi adi haldır. Sərnişinlər 20 dəqiqə ərzində metropolitendən çıxarılıblar. Ən uzun proses ?Ulduz? ?Əzizbəyov? metrostansiyaları arasında olub. Stansiyalar arasında 2,7 km məsafə var. Ən sonuncu sərnişin də oradan çıxarılıb?.
Xatırladaq ki, fevralın 9-da elektrik enerjisinin kəsilməsilə əlaqədar olaraq saat 12:00 radələrindən etibarən təxminən 2 saat müddətində Bakı metropoliteninin iş qrafikində fasilə yaranıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08