ABŞ-ın Milli Demokratiya institunun əməkdazları Vətəndaz Cəmiyyətinə Dəstək Koalisiyasının nümayəndələri ilə görüzüblər
Son zamanlar vətəndaş cəmiyyəti institutları ilə bağlı yaranan problemlər,
onların fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi yönümündə atılan
addımlar, Qeyri- Hökümət Təşkilatlarının qeydiyyatından imtina olunması
hallarının artması beynəlxalq qurumlar tərəfindən də diqqətlə izlənilir.
Dünən ABŞ-ın Milli Demokratiya Institunun nümayəndələri, qurumun ölkə üzrə
direktoru Alex Grigorievs, Proqram rəhbəri Minayə Səfərova, Proqram üzrə
köməkçi Maral Qurbanzadə Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının (VCDK)
təmsilçiləri Razi Nurullayev, Oqtay Gülalıyev, eləcə də Qeydiyyatından
İmtina Olunan QHT-lərin Əlaqələndirmə Şəbəkəsinin üzvü, ?Alyans? Canlı Aləm
və Etika İB- nin sədri Mənsurə Rəsulzadə ilə görüşüblər.
Görüşdə vətəndaş cəmiyyətinin nümayəndələri ölkədə 3- cü sektorun mövcud
problemləri, qanunvericilikdəki boşluqlar, QHT-lərin fəaliyyəti üzərində
inzibatı nəzarətin gücləndirilməsi və məhdudiyyətin artırılmasına xidmət
edən son addımlar, Ədliyə nazirliyinin QHT-lərin qeydiyyatından imtina
etməsi hallarının çoxalması barədə Milli Demokratiya İnstitunun
nümayəndələrini məlumatlandırıblar. Görüşdə iştirak edən QHT
nümayəndələri VCDK-nın təşəbbüsü ilə vətəndaş cəmiyyətinin problemləri ilə bağlı keçirilən
toplantılar, təşkil olunan görüşlər, QHT- lər adından prezidentə ünvanlanan
müraciət, Qeydiyyatından İmtina olunan QHT-lərin Əlaqələndirmə Şəbəkəsinin
yaradılması və qeydiyyatsız QHT-lərlə bağlı məlumatların toplanması,
vətəndaş cəmiyyətinin problemlərinin araşdırılması ilə bağlı Tədqiqat
Qrupunun fəaliyyətə başlaması və s. barədə ABŞ- ın Milli Demokratiya
İnstitunun nümayəndələrinə məlumat veriblər. VCDK nümayəndələri həmçinin
bildiriblər ki, vətəndaş cəmiyyətinin problemləri ilə bağlı onlar QHT Dövlət
Dəstək Şurası ilə də əməkdaşlıq edirlər və qurum bu problemlərə diqqətlə
yanaşır.
Görüşdə Azərbaycanda vətəndaş cəmiyyətinin real durumu, mövcud problemləri,
fəaliyyətin məhdudlaşdırılmasına yönəlik hərəkətlər, QHT- lərin
qeydiyyatından imtina halları və s. bağlı məlumatların beynəlxalq
təşkilatların, o cümlədən ABŞ Dövlət Departamentinin hesabatlarına daxil
edilməsi yönümündə müzakirələr aparılmışdır. Eyni zamanda MDİ- nin
nümayəndələri vətəndaş cəmiyyəti təmsiçilərinin bilik və bacarıqlarının
artırılması üçün müxtəlif treyninqlərin keçirilməsi yönümündə VCDK ilə
əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51