Yeni Azərbaycan Partiyası (YAP) bu il keçiriləcək parlament seçkiləri ilə bağlı taktikasını açıqlayıb. Hakim partiya bu seçkilərdə gənclər və qadınlara üstünlük verəcək. Bu barərədə jurnalistlərə açıqlama verən Milli Məclisin vitse-spikeri, YAP icraçı katibinin müavini Bahar Muradova deyib ki, YAP-ın iştirakı ilə keçirilən bütün kampaniyalarda bu taktikaya üstünlük veriləcək. Parlament seçkilərində hakim partiyanın nə qədər deputat yeri əldə etmək istəyinə gəlincə, Muradova YAP-ın qələbəyə iddialı olduğunu bildirib: ?Biz qələbəyə iddialıyıq və buna nail olacağıq. Deputat yerlərimizin sayını isə seçicilər müəyyənləşdirəcək?.