Metroda qatarların hərəkəti bərpa olunub
Bakı Metropolitenində qatarların hərəkəti bərpa olunub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, artıq qatarlar hazırlanmış yeni qrafik üzrə hərəkətlərini davam etdirirlər. Girişlərdə saxlanılan sərnişinlər stansiyalara buraxılıb.
Qeyd edək ki, bu gün səhər saat 11:55-də enerji sistemində baş vermiş açılma nəticəsində Azərbaycanın rayonlarının, paytaxtdakı strateji obyektlərin və Bakı Metropoliteninin enerji təchizatı dayanıb.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08