Fevralın 7-də saat 13.21 radələrində naməlum şəxs DİN-in ?102? Zəng Mərkəzinə zəng edərək ?sabah saat 11.00-da metronun Memar Əcəmi stansiyasında bomba partlayacaq? deyərək dəstəyi asıb. Daxili İşlər Nazirloyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürülüb, dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Araşdırmalar zamanı zəngin 6-cı mikrorayon, S.Məmmədova küçəsindəki taksofondan edilməsi müəyyənləşib. Bilərəkdən yalan məlumat verən şəxsin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.