3 prokurorluq əməkdazı barəsində cinayət izi bazlanıb, 65 əməkdaz isə intizam məsuliyyətinə cəlb olunub
Ötən il Azərbaycan prokurorluq orqanlarının 65 əməkdaşı müxtəlif pozuntulara yol verdiklərinə görə intizam məsuliyyətinə cəlb olunub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə Respublika Prokurorluğunda kollegiya iclasında qeyd olunub.
Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, xidmətlə bir araya sığmayan kobud qanunsuzluqlara yol verdiklərinə görə 6 əməkdaş prokurorluq orqanlarından xaric edilib və onlardan 3-nün barəsində cinayət işi başlanılıb.
İclasda Baş Prokurorluğun Təşkilat-Analitik və Kadrlar idarələri, habelə Respublika Hərbi, Naxçıvan Muxtar Respublikasının və Bakı şəhər prokurorluqlarının müvafiq qurumları, habelə bütün strukturların rəhbərləri və tabe prokurorlardan tələb edilib ki, bundan sonra da əməkdaşların fəaliyyətlərində aşkara çıxarılan neqativ təzahürlərə qarşı barışmaz mübarizə xətti qətiyyətlə davam etdirilsin, xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi məsələlərində prinsipiallıq daha da artırılsın.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08