Fevrlaın 4-dən 5-ə keçən gecə paytaxt Bakıya yağan güclü qar yağışı ilə əlaqədar yolların buz bağlaması 20 nəfərin xəsarət alması ilə nəticələnib. Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının baş həkiminin müavini Rauf Tağıyevin verdiyi məlumata görə, dünən səhər saatlarından bu gün səhər saatlarına qədər Təcili Yardım Stansiyasına 8-i qadın olmaqla 20 nəfər müraciət edib. Onların hamısı ilkin tibbi yardımdan sonra ərazi üzrə xəstənaların travmotologiya şöbələrinə yerləşdirilib.