Mingəçevir DRES-dən Bakıya elektrik enerjisi nəql edən 3 xəttdən 2-də qəza olub
Mingəçevir DRES-dən Bakıya elektrik enerjisi nəql edən 3 ədəd yüksəkgərginlikli veriliş xəttinin 2-də qəza baş verib. Bu barədə məlumatı ANS-ə DRES-in rəis müavini Yusif Əzizov verib.
Onun sözlərinə görə, Bakıya yaxın ərazidə çovğun xətlərdən birini qırıb, digərini isə zədələyib. Ona görə də hər iki xətlə enerji nəqli dayandırılıb. Hal-hazırda təmir işləri aparılır və bu gün axşama qədər enerji nəqli tam gücdə bərpa olunacaq.
Y.Əzizovun sözlərinə görə, əgər əvvəllər 3 xətlə Bakıya 1050 meqavat elektrik enerjisi ötürülürdüsə, indi bu rəqəm 450 meqavat düşüb. Buna baxmayaraq, stansiyadakı aqreqatların işi dayandırılmayıb və onlar minimum rejimdə çalışır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 16:48
2026-04-07 16:48
2026-04-07 14:29
2026-04-07 14:24
2026-04-07 14:22
2026-04-07 14:08