Milli Məclisdə ?Ali təhsil haqqında? qanun layihəsinin müzakirəsi nəzərdə tutulur. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, bu barədə parlamentin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib. Ş.Hacıyevin sözlərinə görə, bu qanun layihəsi komitənin yaz sessiyası üçün qanunvericilik işləri planına daxildir. Komitə sədri deyib ki, sənəd təhsil qanunun tələbləri əsasında hazırlanıb və bu istiqamətdə vəziyyəti hüquqi cəhətdən tənzimləyir.