Xəbər verdiyimiz kimi, Müsavat Partiyasının təşkilatçılığı ilə 05 fevral 2010-cu il tarixdə, saat 14:00-da partiyanın qərargahında Milli Orduda yaranmış vəziyyətlə bağlı tədbir keçiriləcəkdi. Partiyanın mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, partiyanın mərkəzi qərargahında keçirilməsi nəzərdə tutulan dəyirmi masada hava şəraitinin kəskin pisləşməsi səbəbindən təxirə salınıb. Son vaxtlar Milli Orduda yaranmış vəziyyətin müzakirə olunacağı toplantının nə zaman keçiriləcəyi ilə bağlı məlumat veriləcək.