Sumqayıt şəhərində "Opel" markalı minik atomobili yük qatarı ilə toqquşub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, qəza nəticəsində minik avtomobilində olan 1958-ci il təvəllüdlü Əzim Həkim oğlu Əliyev hadisə yerində həlak olaraq nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb. Xilasedicilər Ə.Əliyevin cəsədini nəqliyyat vasitəsindən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 07:49-da başa çatıb.