Sumqayıt şəhər Bələdiyyəsinin inzibati binasında yanğın olub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib. Yanğın nəticəsində Sumqayıt şəhər Bələdiyyəsinin yerləşdiyi ümumi sahəsi 500 kv/m olan ikimərtəbəli binanın yanar konstruksiyaları və oradakı əşyalar 30 kv/m sahədə yanıb. Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb. Məlumat üçün bildirək ki, Sumqayıt şəhər Bələdiyyəsi İcra Hakimiyyətinin binasında yerləşir.