Milli Məclisin bugünkü iclasında spiker Oqtay Əsədov konkret ünvanı olmasa da, bəzi deputatlara yönəlik sərt çıxışlar edib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, O.Əsədov deyib ki, o, son zamanlar mediaya baxanda çox təəssüflənir. Spikerin sözlərinə görə, bir çox deputatlar var ki, əsassız çıxışlar edirlər edirlər ki, Milli Məclis işləmir: "Əgər sözün varsa, sözünü de. Necə olur ki, işləməyən Milli Məclis dörd il ərzində 938 qanun qəbul edir? Bilirlər ki, kimdən danışıram. Heç olmasa, axırıncı sessiyada özünüzü ləyaqətlə aparın".