Azərbaycan prezidenti İlham Əliyev fevralın 4-də Berlində Almaniyanın baş naziri Angela Merkellə görüşəcək. Bu barədə Almaniya hökumətinin mətbuat xidməti məlumat yayıb. ?Görüş zamanı ikitərəfli münasibətlər, iqtisadi və energetika məsələləri, həmçinin regional məsələlər müzakirə olunacaq?,-deyə məlumatda bildirilib. Berlin görüşündən sonra prezident İlham Əliyev fevralın 5-7-də Münhendə keçirilməsi planlaşdırılan Münhen Təhlükəsizlik Konfransında iştirak edəcək. Bu barədə jurnalistlərə Konfransın rəhbəri Volfranq İşinqer məlumat verib.