Şaxtalı hava şəraiti bu gün də davam edəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün havanın temperaturu gündüz 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, axşam 2-4 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq. Şimal-şərq küləyinin sürəti 6-11 m/s, gündüz cənub-qərb küləyinin sürəti 9-14 m/s olacaq, arabir 17 m/s, yarımadanın bəzi yerlərində isə 20 m/s-dək güclənəcək. Yanvarın 29-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyinin sürəti 8-13 m/s, gündüz arabir 15 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 5-7 dərəcə isti təşkil edəcək. Yanvarın 30-da da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Cənub-qərb küləyinin sürəti 9-14 m/s, arabir 18-20 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-2, gündüz 8-12 dərəcə isti olacaq. Ayın 31-də də hava əsasən yağmursuz olacaq. Gecə və səhər ayrı-ayrı yerlərdə duman müşahidə ediləcək. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 4? şaxtadan 1?-dək isti, gündüz 8-12? isti, dağlarda gecə 9-14? şaxta, gündüz 3? şaxtadan 2?-dək, bəzi yerlərdə 7?-dək isti. Tibbi-meteoroloji proqnoz Yaxın 3 gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin aşağı enməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər. Azərbaycanın rayonlarında bu gün ərzində əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı var. Cənub-qərb küləyinin sürəti 5-10 m/s, bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 2-7 dərəcə şaxta, gündüz 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, dağlarda gecə 12-17, gündüz 0-5 dərəcə şaxta olacaq, yollar buz bağlayacaq. Yanvarın 29-30-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı proqnozlaşdırılır. Cənub-qərb küləyinin sürəti 5-10 m/s olacaq, yanvarın 29-da bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.