Deputatlarımız Dağlıq Qarabağ münaqizəsini italiya parlamentində müzakirə edəcəklər
Milli Məclisin deputatları Azər Kərimli, Rövşən Rzayev, Çingiz Əsədullayev, Fuad Muradov və Qüdrət Həsənquliyev yanvarın 26-da Romaya səfər ediblər. Milli Məclisin mətbuat xidmətindən Müstəqil İnformasiya Agentliyinə verilən məlumata görə, deputatlarımız İtaliya parlamentində olacaq, Xarici İşlər Komitəsinin, İtaliya ? Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşəcəklər. Görüşlərdə parlamentlərarası əməkdaşlığın perspektivləri, təcrübə mübadiləsi imkanları və digər məsələlər müzakirə olunacaq.
Millət vəkilləri italiyalı həmkarlarına regiondakı ictimai-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu barədə məlumat verəcəklər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51