Müasir Müsavat Partiyasının (MMP) sədri Hafmz Hacıyevi ABŞ-a səfər edəcək. Bu barədə Müstəqil İnformasiya Agentliyinə MMP sədri özü məlumat verib. H.Hacıyevin sözlərinə görə, səfər ABŞ-dan gələn dəvətlə baş tutacaq. MMP sədri səfər çərçivəsində Vaşinqtonda bir sıra görüşlər keçirəcək. Görüşlərdə Azərbaycan-ABŞ münasibətləri, qarşıdan gələn 2010 parlament seçkiləri və digər məsələlər müzakirə olunacaq.